SİYASƏT


"TURAZ Şahini - 2016" təlimlərində ətrafı tanıma uçuşları keçirilib

"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər. Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Sonra türkiyəli pilotlar MiQ-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.