MƏDƏNİYYƏT


Bu gün ilaxır çərşənbədir

Bu gün ilaxır çərşənbəsidir. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir. İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Axır çərşənbə ölkəmizdə hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur. Bu əziz günlə bağlı paytaxtda da bir sıra tədbirlər keçirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır