MƏDƏNİYYƏT


Araz Hümbətli: Yarışmadakı qələbəm Azərbaycanın qələbəsi olacaq

O, iki dəqiqəlik çıxışı ilə bütün tamaşaçıları heyran qoymuşdu. 25 yaşlı Azərbaycanlı ifaçı Araz Hümbətli Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunda səhnəyə tarla çıxaraq milli musiqi alətimizi məharətlə ifa etmişdi. Qeyri-adi çıxışı ilə hər kəsin marağına səbəb olan gənc Bakıya gəlib. O, AZƏRTAC-a müsahibəsində yarışmadakı iştirakından, yeni musiqi layihələrindən bəhs edib...