AZƏRTAC-ın Tərtərdən REPORTAJI: Dağıntıların miqyası genişdir
06.04.2016 [18:32]
Xəbərin mətni
Cəbhə xəttində əməliyyatlar dayandırıldıqdan sonra Tərtərdə mərmi partlayışı səsləri eşidilmir. Amma son dörd-beş gündə rayonun bir sıra yaşayış məntəqələri ciddi dağıntılara məruz qalıb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, ermənilərin aprelin 1-də gecədən başlayaraq törətdiyi təxribatlar nəticəsində rayona və dinc sakinlərə böyük zərər dəyib.