SİYASƏT


Vladimir Putin: Rusiya Dağlıq Qarabağda münaqişənin həllində maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin bu gün birbaşa efirdə ölkə vətəndaşlarının suallarına cavab verir. Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualın cavabında deyib ki, Dağlıq Qarabağ problemi həkimlərin “ziyan vurmamalı” prinsipi üzrə yanaşma tələb edir, bu problem yalnız siyasi vasitələrlə kompromisə nail olmaq yolu ilə həll edilməlidir.