SİYASƏT


“CNN TÜRK” işğaldan azad edilmiş ərazilərimizdən reportaj hazırlayıb

AZƏRTAC xəbər verir ki, Türkiyənin daha bir kanalı azad edilmiş ərazilərimizdən reportaj hazırlayıb. “CNN TÜRK” kanalının aparıcısı Cüneyt Özdemir “5N1K” verilişinin növbəti çəkilişini işğaldan azad edilmiş Azərbaycan torpaqlarına həsr edib. Tanınmış aparıcı verilişində Azərbaycan xalqının qələbəyə hazır olduğunu bildirir. İşğaldan azad edilmiş torpaqlarımızdan hazırlanmış reportaj bazar günü - aprelin 24-də Bakı vaxtı ilə saat 22.00-də “CNN TÜRK”də yayımlanacaq.