Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdama dolu yağıb

06.06.2016 [16:32]

Xəbərin mətni
İyunun 6-da Ağdam rayonunun bəzi yaşayış məntəqələrinə dolu yağıb. AZƏRTAC xəbər verir ki, Quzanlı, Bənövşələr qəsəbələrinə, İmamqulubəyli, Xındırıstan, Üçoğlan inzibati ərazi dairələrinin kəndlərinə günorta saatlarında yağan dolu bir neçə dəqiqə davam edib. Buz parçaları taxıl zəmilərinə və tərəvəz əkinlərinə ziyan vurub...