İDMAN


“Real Madrid” UEFA Superkubokunun qalibidir

Norveçin Tronheym şəhərində UEFA Superkubokunun qalibi müəyyənləşib. Çempionlar Liqasının son qalibi “Real Madrid” Avropa Liqasını qazanan digər ispan klubu “Sevilya” ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada hesabı madridlilər açıblar – 21-ci dəqiqədə Marko Asensio topu qapıdan keçirib. Sonra Franko Vaskes hesabı bərabərləşdirib. 72-ci dəqiqədə “Sevilya” ikinci qolu vurub. Buna baxmayaraq “Real Madrid” məğlubiyyətdən qurtulmağı bacarıb. 90+3-cü dəqiqədə Serxio Ramos fərqlənib. 119-cu dəqiqədə Dani Karvaxal gözəl qola imza atıb. Oyun 3:2 hesabı ilə başa çatıb.