İDMAN


Kamran Şahsuvarlı: Yüksək səviyyədə hazırlıq keçmişik

İlk döyüşdən qalib ayrılan Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı qalibiyyətindən sonra döyüş və rəqibi haqqında təəssüratlarını bölüşüb. O, yüksək səviyyədə hazırlığı, psixoloji cəhətdən güclü olmasının ona görüşü qələbə ilə başa vurmağa kömək etdiyini deyib.