Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bəzi KİV-lərdə yayılmış yanlışlıqlara aydınlıq gətirib
01.09.2016 [18:17]
Xəbərin mətni
Bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən “Azərbaycan Dünya Ticarət Təşkilatından (DTT) 1 milyard ABŞ dolları istəyib” başlıqlı məqalələr yayılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı açıqlamasında bəzi yanlışlıqların aradan qaldırılması üçün müsahibədə səsləndirilmiş fikirlərin əsl mahiyyətinə aydınlıq gətirilir.