Azərbaycan şahmatçıları Bakı Olimpiadasının beşinci turunda mübarizəni davam etdirirlər
06.09.2016 [19:42]
Xəbərin mətni
Sentyabrın 6-da “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının beşinci turu keçirilir.
Olimpiadanın beşinci günündə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov “Bakı Crystal Hall”a gələrək şahmatçılarımızla görüşüb, yarışların gedişini izləyiblər.