Roman Saley “Rio-2016”da ikinci medalını qazanıb
15.09.2016 [11:20]
Xəbərin mətni
Azərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.
100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub.