MƏDƏNİYYƏT


Naxçıvanda bal festivalı keçiriləcək

Oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək. Festivala muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, vərəmum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.