SİYASƏT


Düşmən atəşi nəticəsində Tərtər rayonunda dağılmış evlərin bərpası başa çatıb

Erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində Tərtər rayonunda əhaliyə məxsus dağılmış evlərin bərpası başa çatıb. Bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılıb.