Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səkkizinci Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb

15.10.2016 [11:27]

Xəbərin mətni
Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində 8-ci Beynəlxalq Uşaq Muğam Festivalının final mərhələsi keçirilib. “Kainat” Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə reallaşdırılan festivalın finalında qaliblərin yekun konserti və mükafatlandırma mərasimi olub.