Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal rayonlara qar yağır

17.10.2016 [12:07]

Xəbərin mətni
Azərbaycanın şimal rayonlarına - Quba, Qusar və Xızının dağlıq yaşayış məntəqələrinə qar yağır. Bölgədə ən çox qar Quba rayonun Xınalıq kəndinə düşüb. Burada yağıntının hündürlüyü 18 santimetrə çatıb. Temperatur isə mənfi 5 dərəcəyədək enib. Qubanın digər dağlıq ərazilərində qarın hündürlüyü 1-5 santimetr təşkil edir.