Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda fasilələrlə yağış yağacağı gözlənilir

20.10.2016 [14:18]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti təşkil edəcək.