MƏDƏNİYYƏT


Gədəbəyli malakanlar - Novosaratovkadan REPORTAJ​

Gədəbəyin ən məşhur malakanı Nikolay Bıçkov doğma dili ilə yanaşı, Azərbaycan dilinin yerli ləhcəsində də danışır. Onu Gədəbəydə daha çox Kolya kimi tanıyırlar. Bu insanın şirin gədəbəyli ləhcəsi, maraqlı söhbətləri və öz resepti ilə hazırladığı dadlı çayı bu yerlərdə dillər əzbəridir.