Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Arşın mal alan” operettası Çaykovski adına Konsert Salonunun səhnəsində

29.10.2016 [16:07]

Xəbərin mətni
Moskvadakı P.İ.Çaykovski adına Konsert Salonunda SSRİ-nin yaranmasının 95 illiyinə həsr olunmuş “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq Artisti, Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısını və rusiyalı müğənni Yuliya Pak ilə birlikdə Vəli və Tellinin duetini ifa edib.