MƏDƏNİYYƏT


Daha bir azərbaycanlı “O səs Türkiyə”nin səhnəsində

“O səs Türkiyə”nin növbəti buraxılışında daha bir azərbaycanlı iştirakçı münsifləri heyran edib. Gülşən İbadova adlı həmyerlimiz İsveçin “Eurovision 2009” təmsilçisi Malena Ermannın “La Voix” mahnısını səsləndirib. Pop və opera səsini nümayiş etdirən Gülşən bütün münsifləri özünə döndərə bilib. Sonra o, “Sarı gəlin”i də səhnədə ifa edib.