MƏDƏNİYYƏT


IV Bakı Beynəlxalq Teatr Konfransında 30-dan çox ölkədən qonaqlar iştirak edəcək

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə "Multikulturalizm və teatr" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi iştirak edəcək. Tədbirə dünyada tanınan 20-yə yaxın teatrşünaslar, teatr tənqidçisi qatılacaq.