İDMAN


AZAL - “Qəbələ” matçı heç-heçə bitdi

Noyabr 6-da futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub. AZƏRTAC xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib. İlk matç Şüvəlanda oynanılıb. Turnirin sonuncusu AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla da, 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qalıb. Autsayder AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.