Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meksikada oyun zamanı futbolçu tərəfindən hakimin öldürülməsi anbaan kameralarda

08.11.2016 [18:35]

Xəbərin mətni
Meksikada həvəskar futbol komandaları arasında keçirilən oyun ölümlə nəticələnib. Tulansinqo şəhərində keçirilən qarşılaşma zamanı komandalardan birinin futbolçusu Ruben Rivera Vaskes hakimi öldürüb. Əlli doqquz yaşlı referi Viktor Trexo qarşılaşmanın gedişində futbolçuya qırmızı vərəqə göstərib. Bu qərardan qəzəblənən Vaskes hakimin üzərinə şığıyıb və ona “kəllə” atıb. Futbolçunun zərbəsi o qədər güclü olub ki, Trexo yerindəcə dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI