Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan cüdoçuları dünya reytinq cədvəlinə başçılıq edir

10.11.2016 [11:05]

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər.