Alim Qasımov və Fərqanə Qasımova İzmir konsertinin məşqlərinə başlayıb
29.11.2016 [11:17]
Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində konsert proqramı ilə çıxış edəcək. Sənətkarlar noyabrın 30-da “Camerata” İzmir qrupu ilə birgə Ahmed Adnan Saygun Sənət Mərkəzində səhnəyə çıxacaq.