Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Güləş Birliyi: 7 güləşçimiz ilk onluqda

05.01.2017 [17:15]

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.