İDMAN


Güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir.