Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qarabağ motal pendiri belə hazırlanır

16.01.2017 [19:37]

Xəbərin mətni
Ağcabədi rayonu Avşar kənd sakini Gözəl Abdullayeva deyir ki, qoyunun dərisi bütöv soyulur, duzlanaraq qurudulur. Bir müddət sonra dəri yuyulub yenidən qurudulur. Dərinin qolları iplə möhkəm bağlanır. Motal pendiri hazırlamaq üçün qoyun və ya keçi südü süzülür, sonra qursaq mayası ilə mayalanır.