MƏDƏNİYYƏT


Bakıda moda dərsləri keçirilir

Bakıda çoxsaylı moda həvəskarları və dəb yaratmağı sevənlər var. Bunun nəticəsidir ki, artıq paytaxtda moda dərsləri də keçirilir. Ötən ilin dekabrında keçirilmiş “Baku Fashion Week”-də “Seminolı” kolleksiyası ilə yadda qalan gənc modelyer-dizayner Renara Şəmsiyeva AZƏRTAC-a müsahibəsində moda dünyasına gəlişindən, ekomoda və dəb dərslərindən danışdı.