MƏDƏNİYYƏT


Belçikanın əsas delikatesi – şokolad

Belçikada şokolad əsl xalq sərvəti və tükənməz qürur mənbəyi hesab olunur. Belçikaya gəlib, bu ləzzətdən dadmamaq və bir neçə qutu özünlə aparmamaq sadəcə mümkün deyil. Belçikada ildə 400 min ton şokolad istehsal edilir. Məlumata görə, buradakı yerli şokolad ustalarının çoxu hələ də öz konfetlərini əl ilə hazırlayır.