Millimizin sərbəst güləş üzrə dünya kuboku yarışlarındakı rəqibləri müəyyənləşib
06.02.2017 [18:58]
Xəbərin mətni
Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Fevralın 6-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin iştirakı ilə yarışın püşkatma mərasimi keçirilib.