Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstan və Ermənistan komandaları arasındakı oyun zamanı kütləvi dava olub

13.02.2017 [14:59]

Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib. Hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub. Münaqaşəyə onların komanda yoldaşları da qoşulub. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI