Diplomatik nümayəndəliklərin rəhbərləri Şəkinin tarixi məkanları ilə tanış olublar
20.02.2017 [19:51]
Xəbərin mətni
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində fevralın 20-də Şəkidə olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 30-dək diplomatik nümayəndəliyin 45-ə yaxın nümayəndəsi iştirak edib.