Diplomatik nümayəndəliklərin təmsilçiləri Qaxda olublar
21.02.2017 [18:34]
Xəbərin mətni
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və onların xanımları respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində Şəki ilə tanışlıqdan sonra fevralın 21-də Qax rayonuna gəliblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçən səfərin əsas məqsədi ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı, həmçinin bölgənin turizm potensialı ilə yaxından tanış olmaqdır.