Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Mir 24" telekanalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr edilmiş süjet yayımlanıb

21.02.2017 [19:53]

Süjetdə Mehriban Əliyevanın həyatı, təhsili və karyerası haqqında ətraflı məlumat verilir, Heydər Əliyev Fondunun prezidenti kimi onun rəhbərliyi altında ölkədə məscidlərin, xəstəxanaların, uşaq evlərinin, məktəblərin inşa edildiyi qeyd olunur.