Maştağa qəsəbə sakinində qanunsuz silah-sursat aşkarlanıb
24.02.2017 [18:17]
Xəbərin mətni
Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum edilən Rizvan Fərzəliyevdə odlu silah-sursatın olması barədə əməliyyat məlumatı daxil olub.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı nömrəsi silinmiş “AKSU” markalı avtomat silah, 27 patron və bir patron darağı aşkarlanaraq götürülüb.