Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri başa çatıb
01.03.2017 [16:43]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri martın 1-də başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri yola saldılar.