Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAMA-nın mütəxəssisləri tərəfindən Cocuq Mərcanlıda 105 qəlpə aşkarlanıb

05.03.2017 [18:14]

Xəbərin mətni
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçiriblər. Baxış zamanı 105 qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Gün ərzində 200 kvadratmetr ərazi yoxlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI