Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfərə gəlib
12.03.2017 [19:15]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.