İDMAN


Azərbaycan cüdoçusu Antalyada keçirilən Qran-Pridə bürünc medal qazanıb

Antalyada cüdo üzrə Qran-Pri yarışına start verilib. Azərbaycan milli komandasının da iştirak etdiyi yarışın ilk günündə 7 cüdoçumuz tatami üzərinə çıxıb. Qadın təmsilçilərimizdən 52 kiloqram çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova qardaş ölkədə bürünc medal qazanıb. Aişə Qurbanlı isə beşinci olub.