Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Şəhər Halqasının keçdiyi Niyazi küçəsindəki qəmbər daşlı hissə asfaltlanır

15.04.2017 [14:09]

Xəbərin mətni
Bu il iyunun 23-25-də təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də trekin Niyazi küçəsindən keçən qəmbər daşlı hissəsinə asfalt örtüyünün çəkilişi işlərinə başlanılıb.