Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” növbəti dəfə Azərbaycan çempionu olub

16.04.2017 [21:58]

Xəbərin mətni
Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona iki tur qalmış 2016-2017-ci il mövsümündə çempionluğunu elan edib. AZƏRTAC xəbər verir ki, “Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib.