MƏDƏNİYYƏT


Mövsümündə ağızları dada gətirən göy qutabı

Xaçmaz sakini 60 yaşlı Gülsənəm Aslanova deyir ki, bu mövsümdə tər göyərtilərdən hazırlanan qutabın yerini heç nə verə bilməz. Rayonun Hacıəhmədoba kəndində yaşayan Gülsənəm ana qutab hazırlayarkən təsərrüfatlarında becərilənlərlə yanaşı çöllərdə bitən quşəppəyi, cincilim, əvəlikdən də istifadə edir.