Ölkəmizə gətirilən yeni hərbi texnika silahlanmaya daxil edilib
03.05.2017 [19:19]
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən ölkəmizə gətirilən müxtəlif təyinatlı müasir hərbi texnika Silahlı Qüvvələrimizin bölmələrinin silahlanmasına daxil edilib.
Silah və hərbi texnikanın yoxlanılması məqsədilə keçirilən atışlar uğurla başa çatıb.