İDMAN


Gəncədə möhtəşəm fləşmob: 6 min gənc IV İslam Həmrəyliyi Oyunlarının simvolunu canlandırıb

AZƏRTAC xəbər verir ki, 6 min gəncin iştirakı ilə keçirilən aksiyada IV İslam Həmrəyliyi Oyunlarının simvolu canlandırılıb. Şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri, eləcə də müxtəlif idarə, təşkilat və müəssisələrdə çalışan gənclər şəhərin Heydər Əliyev adına mərkəzi meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar. Bununla da gənclər sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər.