CƏMİYYƏT


IV İslam Həmrəyliyi Oyunları ilə bağlı məhdudlaşdırılacaq küçələr açıqlanıb

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verilib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məhdudlaşdırılacaq küçələri açıqlayıb.