Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paralimpiyaçılarımız IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

09.05.2017 [16:55]

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 29 paralimpiyaçı təmsil edəcək. Oyunların Bakıda təşkil olunması paralimpiyaçılarımızın məsuliyyətini daha da artırır. Doğma azarkeşlər önündə çıxış edərək qazanılan medallarla xalqımızı sevindirmək hər bir idmançımızın arzusudur.