Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan karateçilərinin “Bakı-2017”də ilk qızıl medalını Fəridə Abiyeva qazanıb

13.05.2017 [21:09]

Mayın 13-də Azərbaycan karateçiləri IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazanıblar. Karatenin kumite yarışında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Fəridə Abiyeva finalda iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.