Rəfael Ağayev IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub
13.05.2017 [21:31]
Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar.
Kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan təmsilçisi Qulam Abbası 4:0 hesabı ilə məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.