İDMAN
Sərbəst güləşçimiz Mahir Əmiraslanov qızıl medal qazanıb
19.05.2017 [18:48]
Mayın 19-da İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva final qarşılaşmasına baxıb.